Dünyada koronavirusdan ölənlərin sayı 737 mini ötüb

12 Avqust 2020 23:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Belə ki, son 24 saat ərzində dünyada koronavirusa 214 985 yoluxma qeydə alınıb, 4 835 nəfər həyatını itirib.

Bununla da dünyada koronavirusa yoluxanların sayı 20 162 474 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 737 417 nəfər təşkil edir.