Ermənistanda koronavirus - Rəqəmlər artır

13 Avqust 2020 12:15 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 41 023 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı xəbərə görə, son sutka ərzində 229 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 809 nəfər koronavirusdan ölüb, 6 079 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

AzNews.az