Daha bir kafe sahibi və müştərilər cərimələndi

13 Avqust 2020 14:54 (UTC+04:00)

Goranboy RPŞ əməkdaşları tərəfindən rayonun Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, obyekt sahibi və bir neçə müştəri saxlanılıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.