Nazirliyin aparat rəhbəri işdən çıxarıldı

13 Avqust 2020 14:38 (UTC+04:00)

Mədəniyyət nazirliyində kadr dəyişikliyi davam edir.

AzNews.az Kulis.az-a istinadən xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov yaş həddinə görə nazirliyin aparat rəhbəri Fikrət Babayevi öz ərizəsi ilə işdən azad edib.