Belarusda aksiyalar zamanı 103 polis yaralanıb

13 Avqust 2020 15:09 (UTC+04:00)

Belarusda avqustun 9-dan 13-dək baş verən icazəsiz aksiyalar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb:

“Ümumilikdə, 9-13 avqust tarixlərində vətəndaşların qanunsuz hərəkətləri nəticəsində 103 polis yaralanıb, onlardan 28-i xəstəxanaya yerləşdirilib”.

Həmçinin bildirilib ki, son bir gün ərzində hüquq-mühafizə orqanları tərəfindən icazəsiz aksiyalarda iştirak etdiyinə görə 700-ə yaxın şəxs saxlanılıb.