Daha 91 nəfər koronavirusa yoluxub

13 Avqust 2020 17:34 (UTC+04:00)

Azərbaycanda koronavirus infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.