Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü

13 Avqust 2020 18:06 (UTC+04:00)

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.