Bu ölkədə 300-ə yaxın fabrik işçisi koronavirusa yoluxdu

13 Avqust 2020 21:30 (UTC+04:00)

Böyük Britaniyada Norsampton şəhərində yerləşən “Greencore” sendviç fabrikində 292 işçinin koronavirus testi müsbət nəticələnib.

Fabrikin rəhbərliyi digər işçilərin də test olunacağını açıqlayıb: “Fabrik ərazisində genişmiqyaslı sosial məsafə tədbirləri, ciddi gigiyena prosedurları və müntəzəm temperatur yoxlanışı mövcuddur və işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik”. (APA)

AzNews.az