Bakıda avtomobil piyadanı vurdu

13 Avqust 2020 22:15 (UTC+04:00)

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 1983-cü il təvəllüdlü Kərimov Anar Rafail oğlunu vurub. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili 37 yaşlı piyadanı xəstəxanaya aparıb.

Müayinə zamanı ona sağ baldır sümüyünün yerdəyişən sınığı, oturaq və incik sümüklərinin sınıqları diaqnozları qoyulub. (Report)

AzNews.az