Dünyada koronavirusa yoluxanların sayı yenidən artıb

13 Avqust 2020 23:00 (UTC+04:00)

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb.

AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Belə ki, son 24 saatda dünyada koronavirusa 276 mindən çox yeni yoluxma və 7 minə yaxın ölüm faktı qeydə alınıb.

Qeyd edilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 439 814-ə, ölənlərin sayı isə 744 385-ə çatıb.

Son bir gündə yeni yoluxmaların sayı 276 398 təşkil edib, bununla yanaşı, daha 744 385 insan pandemiyanın qurbanı olub.