"Leypsiq" yarımfinalda

14 Avqust 2020 09:15 (UTC+04:00)

Almaniyanın "Leypsiq" klubu Çempionlar Liqasının dörddəbir final matçında İspaniyanın "Atletiko" komandasını 2:1 hesabı ilə məğlub edib.

Məlumata görə, qolları Dani Olmo (51-ci dəqiqə) və Tayler Adams (88), "Atletiko"dan isə Joau Felish (70, penalti) vurublar.

"Leypsiq" Münhenin "Bavariya" və Dortmundun "Borussia"sından başqa 2011-ci ildən Çempionlar Liqasının yarımfinalına çıxan ilk alman komandasıdır.

Turnirin yarımfinalında "Leypsiq" İtaliyanın "Atalanta" komandasını 2:1 hesabı ilə məğlub edən Fransanın "Pari Sen Jermen"i ilə oynayacaq. Digər dörddəbir finallarda daha sonra Almaniyanın "Bavariya" və İspaniyanın "Barselona", eləcə də İngiltərənin "Mançester Siti" və Fransanın "Lion" klubları görüşəcəklər.

AzNews.az