Ramiz Mehdiyev Əli Abbasovu müşavir təyin etdi

14 Avqust 2020 13:00 (UTC+04:00)

AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub.

YTP-dən verilən məlumata görə, V. Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, indiyədək “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru postunu Əli Abbasov tuturdu. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev Əli Abbasovu özünə müşavir təyin edib.

AzNews.az-a