Azərbaycanda adambaşına düşən nominal gəlir azalıb

14 Avqust 2020 19:54 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 32 144,8 milyon manat təşkil edib.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 0,6% azalaraq 3 226 manata düşüb.