Nilufər Qəbələyə “transfer olundu” – Video

3 İyun 2013 09:29 (UTC+04:00)
Tanınmış türk müğənnisi Nilufər 58-ci yaş gününü ölkəmizdə qeyd edib.

AzNews.az klubun rəsmi saytına istinadla xəbər verir ki, ad günündə Qəbələdə konsert verən Nilüfer tədbir sırasında xoş sürprizlə üzləşib - müğənniyə 10 nömrəli "Qəbələ" forması hədiyyə olunub.

Bundan əlavə sənətçiyə "Qəbələ"nin xatirə plaketi də təqdim edilib. Müğənni diqqətə görə təşəkkürünü bildirib və konserti "Qəbələ" formasında davam etdirib.



Elvin
AzNews.az