Böyük Britaniyaya ABŞ-dan koronavirus dərmanı gətiriləcək

14 Avqust 2020 23:08 (UTC+04:00)

Böyük Britaniya hökuməti koronavirusa qarşı peyvənd dərmanının tədarükünə dair ABŞ-ın iki şirkətilə müqavilələr imzalayıb.

AzNews.az “Sky News”a istinadən xəbər verir ki, ölkəyə “Novavax” şirkətindən 60 milyon doz eyniadlı dərman, “Johnson & Johnson” şirkətindən də 30 milyon doz “Janssen” dərmanı gətiriləcək

Bundan əvvəl Birləşmiş Krallıq Fransanın “Sanofi” və Böyük Britaniyanın “GSK” şirkətlərinin birgə istehsal etdikləri peyvənd dərmanından 60 milyon doz sifariş vermişdi.

“Reuters” xəbər verir ki, bütövlükdə indiyədək 66 milyon əhali üçün 342 milyon peyvənd dərmanı dozu gətirmək üçün 6 müqavilə imzalanıb.