Bu il Azərbaycana 820 nəfər daimi yaşamaq üçün gəlib

14 Avqust 2020 23:37 (UTC+04:00)

Bu ilin 6 ayında Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb.

Bu barədə AzNews.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 820 nəfər gələn, Azərbaycandan isə 374 nəfər gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 446 nəfər təşkil edib.