Tehranda partlayış, xəsarət alanlar var

15 Avqust 2020 10:06 (UTC+04:00)

Tehrandakı yaşayış binalarından birində yanğına səbəb olan partlayış baş verib.

AzNews.az bildirir ki, bu barədə “Tasnim” agentliyi yanğınsöndürənlərə istinadən xəbər verib.

Məlumata əsasən, hadisə dördmərtəbəli evdə baş verib. Azı dörd nəfər xəsarət alıb.

Hadisə yerində xilasetmə işləri davam etdirilir. Partlayışın baş vermə səbəbi aydınlaşdırılır.