“Azərbaycan gələn ildən rəqəmsal TV-yə keçir“

3 İyun 2013 09:58 (UTC+04:00)
Azərbaycanda analoq yayımı ilin sonunadək dayandırılacaq. Bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan televiziyası 2014-cü ildən başlayaraq tam rəqəmsal formatda yayımlanacaq.

Analoq siqnalının mərhələli olaraq rəqəmsalla əvəzlənməsi Azərbaycanın regionlarından başlayacaq.

İlin sonunadək Azərbaycan əhalisi DVB-T standartında rəqəmsal televizya siqnalı ilə 100 faiz əhatə olunacaq. Hazırda respublika əhalisinin 94,3 faizi rəqəmsal televizya siqnalı ilə əhatə olunub.

AzNews.az