Məktəblərlə bağlı yekun qərar yoxdur

15 Avqust 2020 14:46 (UTC+04:00)

"Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ kompleks şəkildə araşdırılır".

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda virusa yoluxma sayının azalması vətəndaşların məsuliyyətli davranışı və qaydalara əməl etməsinin nəticəsidir:

"Biz birgə səylərimizlə bu nəticələrə nail olmuşuq. Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ kompleks şəkildə araşdırılır. Digər ölkələrin təcrübəsinə də müraciət edilir. Təhsil Nazirliyi tərəfindən qurulmuş ictimai müzakirə formatı çərçivəsində şagirdlər, valideynlər və ictimai ekspertlərin fikirləri öyrənilir. Yekun qərar hələ yoxdur. Bu epidemioloji vəziyyətlə bilavasitə bağlı olan bir sahədir".