Rayonlara gediş-gəliş açılacaq?

15 Avqust 2020 15:12 (UTC+04:00)

"Bundan öncə müvafiq ezamiyyə ilə səfər edilən rayonlarda virusun yoluxmasının artdığı müşahidə edilib". AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, rayonlara gediş-gəlişin açılması müzakirə olunur:

"Hələlik qərar haqda açıqlama vermək tez olardı. Bütün detallar araşdırılır, mühakimələr yürüdülür. Bundan öncə müvafiq ezamiyyə ilə səfər edilən rayonlarda virusun yoluxmasının artdığı müşahidə edilib. Bütün bunlar nəzərə alınaraq yekun qərar veriləcək".