Aşurada qan vermək istəyənlərin nəzərinə!

15 Avqust 2020 17:11 (UTC+04:00)

Vətəndaşlar Aşurada qan verə biləcək.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

O bildirib ki, Aşura günündə vətəndaşlar sosial məsafəni qorumaq və maska istifadə etməklə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gələrək qan verə bilərlər.