Koronaviruslu xəstələrin sayı 2 mindən aşağı düşdü

15 Avqust 2020 18:37 (UTC+04:00)

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı azalaraq 1904 nəfərə düşüb.

Bu barədə AzNews.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Qeyd edək ki, bu gün daha 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər sağalıb, 2 xəstə vəfat edib.