Samuxda mikroavtobus aşdı, 11 yaralı

16 Avqust 2020 11:23 (UTC+04:00)

Samuxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisədi baş verib.

Xəbərə görə, hadisə rayonun Füzuli kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. Məlumata görə, qəzaya səbəb mikroavtobusun qarşısına eşşək arabasının çıxması olub.

Faktla bağlı araşdırma aparılır.