Rusiyada COVID-19-a yoluxanların sayı 922 853 nəfərə çatıb

16 Avqust 2020 13:08 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 4969 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

AzNews.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 922 853 nəfərə çatıb.

Son sutka ərzində 68 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 685 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.