Yurgen Klopp ən yaxşı baş məşqçisi seçildi

16 Avqust 2020 13:54 (UTC+04:00)

Futbol üzrə İngiltərə çempionatında 2019-2020-ci il mövsümünün ən yaxşı məşqçisi məlum olub.

AzNews.az xəbər verir ki, qurumun rəsmi saytında azarkeşlər və futbol mütəxəssislərinin iştirakı ilə keçirilmiş səsvermənin yekunlarına görə, “Liverpul”un çalışdırıcısı Yurgen Klopp qalib olub. O, “Çelsi”nin baş məşqçisi Frenk Lempard, “Lester Siti”nin çalışdırıcısı Brendan Rodjers və “Şeffild Yunayted”in baş məşqçisi Kris Uaylderi geridə qoyub.

Qeyd edək ki, “Liverpul” 2019-2020-ci il mövsümündə Y.Kloppun baş məşqçiliyi altında 30 il sonra Premyer Liqanın qalibi adını qazanıb.