“Neftçi”nin potensial rəqibləri bəlli oldu- Siyahı

3 İyun 2013 10:23 (UTC+04:00)
Çempionlar Liqasının 2013/14 mövsümündə II təsnifat mərhələsinin püşkatması zamanı Azərbaycan təmsilçisi "Neftçi"nin səpələnmişlər (güclülər) sırasında yer alacağı məlum olub.

Artıq mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 32 klubun hamısı müəyyənləşib.

34 klubun çıxış edəcəyi mərhələyə 2 komanda I təsnifatdan gələcək. Burada "Streymur" (Farer adaları, 2,316), "Tre Penne" (San-Marino, 1,383), "Lusitanos" (Andorra, 1,100), "Şirak" (Ermənistan, 0,850) mübarizə aparacaq.

Komandamız "Hafnarfyordur" və "Nomme Kalyu" kimi tanış rəqiblərlə də üz-üzə gələ bilər.

Səpələnmişlər: BATE (Belarus, 39,175), "Seltik" (Şotlandiya, 37,508), "Styaua" (Rumıniya, 35,604), "Viktoriya" (Çexiya, 28,745), "Dinamo" (Xorvatiya, 25,9160), "Partizan" (Serbiya, 17,425), "Legiya" (Polşa, 13,650), "Şerif" (Moldova, 11,533), "Maribor" (Sloveniya, 9,941), "Slovan" (Slovakiya, 8,341), "Elfsborq" (İsveç, 8,125), "Makkabi" (Təl-Əviv, İsrail, 8,075), "Molde" (Norveç, 7,835), HİK (Finlandiya, 6,701), "Ekranas" (Litva, 6,300), "Neftçi" (Azərbaycan, 5,708), "Dinamo" (Gürcüstan, 5,333)

Səpələnməmişlər: "Jelezniçar" (Bosniya və Herseqovina. 4,566), "Hafnarfyordur" (İslandiya, 4,083), "Qyor" (Macarıstan, 3,850), TNS (Uels, 3,766), "Ludoqorets" (Bolqarıstan, 3,450), "Sliqo Rovers" (İrlandiya, 3,225), "Şaxtyor" (Qazaxıstan, 2,941), "Skenderbeu" (Albaniya, 2,833), "Birkirkara" (Malta, 2,541), "Kliftonvill" (Şimali İrlandiya, 2,116), "Vardar" (Makedoniya, 2,050), "Dauqava" (Latviya, 1,658), "Nomme Kalyu" (Estoniya, 1,191), "Fola" (Lüksemburq, 0,925), "Sutyeska" (Monteneqro, 1,300), I təsnifat mərhələsinin 2 qalibi.

Elvin
AzNews.az