Minskdə minlərlə insan Müstəqillik meydanına toplaşdı - Yenilənib

17 Avqust 2020 22:54 (UTC+04:00)

Bazar ertəsi axşam Minskdə Belarus Hökumət Evinin qarşısında icazəsiz aksiya başlayıb.
AzNews.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Əraziyə toplaşan şəxslər özləri ilə müxalifət şüarları yazılan plakatlar, ağ-qırmızı-ağ bayraqlar gətiriblər.

Milis əməkdaşları meydanda gəzir.

***

Müxalifətin icazəsiz aksiya iştirakçılarının bir hissəsi Volodarski küçəsində yerləşən 1 saylı İstintaq Təcridxanasının qarşısına gəlib, harada ki, həmçinin prezident seçkilərindən sonra etirazlar zamanı tutulanlar saxlanılırlar.

***

Belarus müxalifətinin tərəfdarları Minskdə Müstəqillik meydanında toplaşıblar. Onlar etiraz mahnıları oxuyur, şüarlar səsləndirirlər.

“RİA Novosti”nin əməkdaşının hesablamalarına görə, burada bir neçə min insan ola bilər.