İlqar Məmmədovun qızı Avropada təhsil alacaq

18 Avqust 2020 13:47 (UTC+04:00)

ReAL Partiyasının sədri İlqar Məmmədovun qızı Avropa unversitetlərindən birinə qəbul olub.

AzNews.az xəbər verir ki, bu haqda partiya sədri "Facebook" səhifəsində məlumat yayıb.

“Bu gün qızımız Aysel Avropanın aparıcı universitetlərindən birinə qəbul olundu. O, Beynəlxalq biznesin idarəedilməsi üzrə təhsil alacaq”, - deyə İ. Məmmədov bildirib.

Səidə Vahid

AzNews.az