İran və Türkiyə arasında aviareyslər bərpa edilir

18 Avqust 2020 14:24 (UTC+04:00)

Bunu İranın Aviasiya Şirkətləri Birliyinin katibi Məsud Əsədi Samani deyib.

Onun sözlərinə görə, Türkiyədən həftədə 21 uçuş Tehrana, 4 uçuş Təbriz və Şiraza təşkil olunacaq.

Sentyabrın 5-dən isə Türkiyədən Məşhəd və İsfahan şəhərlərinə də uçuşlar təşkil olunacaq.

İrandan da Türkiyənin müxtəlif şəhərlərinə uçuşlar həyata keçiriləcək. (APA)

AzNews.az