Qənirə Paşayeva Cəfər Namiq Kamalla görüşüb

18 Avqust 2020 15:45 (UTC+04:00)

Avqustun 17-də Azərbaycanın Xalq artisti, tanınmış aktyor Cəfər Namiq Kamalın 70 yaşı tamam olub.

AzNews.az xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva Xalq artistini Mədəniyyət Komitəsində qəbul edib.

Qənirə Paşayeva onu öz adından və komitənin üzvləri adından təbrik etdiyini, yeni sənət uğurları arzuladığını bildirib.

"Oynadığı rollar, işlədiyi sənətkarlar və müraciət etdiyi janrlardan da göründüyü kimi, Cəfər Namiq Kamal, istedadlı, geniş dünyagörüşlü və peşəsinə ürəkdən bağlı olan sənətkardır. Bunlar hər bir sənət adamı üçün ön planda gələn keyfiyyətlər, məziyyətlərdir. Cəfər Namiq Kamalın özündən bir yaş böyük qardaşı İlham Namiq Kamal da, sevilən sənətkardır. Bir ailədən iki Xalq artistinin, iki məşhur sənətkarın – ziyalının çıxması, əlbəttə, təsadüf sayılmaz; bu, onların şəxsiyyətinin formalaşmasında, sənətə yönəlməsində ailə, məktəb mühitin oynadığı rolu da göstərməkdədir. Hörmətli sənətkarımızı yubileyi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik!", - deyə deputat bildirib.