Bakıda yeni yeraltı keçid - FOTO
3 İyun 2013 11:20 (UTC+04:00)
Bayıl qəsəbəsində yeni yeraltı keçidin tikintisi başa çatır
AzNews.az xəbər verir ki, bu barədə Day.Az saytına "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, keçidin uzunluğu 42 metr, hündürlüyü 4 metr, eni isə 8,8 metrdir.
Tikinti işləri çərçivəsində mərmər döşənib, eskalator quraşdırılıb. Hazırda işıqlandırma sistemi quraşdırılır.
İşlər yaxın zamanda başa çatacaq.
AzNews.az