Finalın hakimləri açıqlandı

18 Avqust 2020 21:48 (UTC+04:00)

Avropa Liqasının finalında keçiriləcək “Sevilya” - “İnter” matçı üçün hakim təyinatları açıqlanıb.

AzNews.az xəbər verir ki, matçı niderlandlı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Denni Makkeli olacaq. Ona bu işdə həmyerliləri Mario Diks və Hessel Steeqstra köməklik edəcək. Dördüncü hakim fünksiyasını isə yunanıstanlı referi Anastasios Sidiropoulos yerinə yetirəcək.

Qeyd edək ki, 21 avqustda keçiriləcək “Sevilya” - “İnter” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.