Nazirlikdə Aparat rəhbəri təyin edildi

19 Avqust 2020 11:00 (UTC+04:00)

Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.

Məlumata görə, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovun müvafiq əmri ilə Vasif Eyvazzadə Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Vasif Eyvazzadə bu vəzifədən əvvəl nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri vəzifəsində çalışırdı. (MediaPost.az)

AzNews.az