“Bakı” klubunda ispan dövrü başlayır – Açıqlama

3 İyun 2013 11:33 (UTC+04:00)
"Bakı" futbol klubunun rəhbərliyi istefaya göndərilib. Kluba ispan idarəçilər cəlb olunacaq.

Bu barədə Aznews.az-a açıqlamasında klubun media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev danışıb. O, əlavə edib ki, yeni heyət yaxın günlərdə ictimaiyyətə rəsmi şəkildə təqdim olunacaq.

Nəriman Mehdiyev: "Modernləşmək, bilənlərdən öyrənmək lazımdır. Qarşıda böyük planlar var".

Qurulan infrastruktur və ayrılan maliyyə qarşılığında komandanın tələb edilən nəticələri qazanmaması rəhbərliyi radikal qərarlar verməyə vadar edib. Bu vaxta qədər klub tez-tez edilən məşqçi və heyət dəyişikliyinə görə tənqid olunurdu.

Xatırladaq ki, "Bakı" İspaniyanın "Atletiko Madrid" klubu ilə əməkdaşlıq edir və klubun yeni struktur quruculuğunda da ispanlardan istifadə ediləcək.

Elvin CanTuran
AzNews.az