Lukaşenko DİN-ə etirazların qarşısını almağı tapşırdı

19 Avqust 2020 18:54 (UTC+04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko Daxili İşlər Nazirliyinə ölkədə, xüsusilə Minskdə etirazların qarşısını almağı tapşırıb.

AzNews.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib: “Minskdə artıq iğtişaşlar olmamalıdır. İnsanlar yorulub, sülh və sakitlik tələb edirlər”.

Lukaşenko qeyd edib ki, bir tərəfdən belarusluların nəyi itirə biləcəklərini hiss etmələri yaxşıdır: “Qulaq asın, sakit bir ölkədə yaşamağa öyrəşmiş bir çox insan var və onlar əksəriyyəti təşkil edirlər. Bu sakit ölkəni onlara qaytarmalıyıq”.

O, həmçinin işçilərin böhtan və küçə təhdidlərindən qorunmasını tələb edib:

“İşçi kollektivləri qorunmalıdır- təkcə fabrik və zavodların işçiləri deyil, digər kollektivlər, təşkilatlar, kütləvi informasiya vasitələrinin kollektivləri. Əgər mediada və ya hər hansı bir yerdə çalışan insanlar tətil edib çölə çıxıb və yenidən qayıtmaq istəsə, onlara belə bir şans verilməməlidir. Getmisiniz, gedin. Ancaq kollektivləri qorumalıyıq. Bizim bu gün vəzifəmiz budur”.