Qusarda qanlı dava: 3 yaralı

3 İyun 2013 11:51 (UTC+04:00)



Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Aşağı Ləyər kənd sakinləri 25 yaşlı Tofiq Ağamətov, 25 yaşlı Cəmil Hacıyev və Qusar şəhər sakini 23 yaşlı Məmmədbağır Əhmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar aparılmış əməliyyat tədbirləri nəticəsində hər 3 şəxsin Bakı sakini Namiq Əhmədov tərəfindən bıçaqlanması məlum olub. O saxlanılıb.

Verilən digər məlumata görə, N.Əhmədov Bakıdan Qusara həmin şəxslərlə görüşüb "bəzi məsələləri" həll etməyə gəlib. Burada gənclər yığışıblar və dava-dalaş düşüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az