Rusiyada müxalifət lideri zəhərləndi

20 Avqust 2020 10:45 (UTC+04:00)

Rusiyanın müxalifət lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat yayıb.

O, Navalnının bu səhər Tomsk-Moskva uçuşu zamanı səhhətinin pisləşdiyini bildirib.

Təyyarə Rusiyanın Omsk şəhərinə təcili eniş edib və A. Navalnı reanimasiyaya yerləşdirilib.

“Aleksey indi huşsuz vəziyyətdədir. Onun çaya qarışdırılan bir şeylə zəhərləndiyini düşünürük. Çünki bu səhər içdiyi tək şey o idi. Həkimlər toksinin isti maye ilə sürətlə bədənə yayıldığını deyir”, - deyə Yarmış qeyd edib.

Xəstəxanın Baş həkimi Aleksandr Muravski Aleksey Navalnının vəziyyətinin ağır olduğunu bildirib.

Pərvanə