Donald Trampdan Ərdoğan açıqlaması

20 Avqust 2020 15:00 (UTC+04:00)

“Türkiyə öz işini özü görə bilər”

AzNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

D. Tramp İraqın Baş naziri Mustafa əl-Kazımi ilə baş tutması planlaşdırılan görüşü ilə bağlı suala cavab verib.

“İraqdan əsgərlərimizin böyük qismini geri çəkdik. Bu mənasız, bitməyən müharibələrdən çıxırıq. Əslində ən başda ora heç getməməliydik. Məncə, ora getmək tariximizdə verilmiş ən pis qərar idi. Ölkəmiz Yaxın Şərqdə heç olmamalı idi”, - ABŞ prezidenti bildirib.

O, ABŞ-ın Əfqanıstan və Suriya kimi ölkələrdən də əsgərlərini çəkdiyini deyib.

“Suriya ilə Türkiyə arasında əsgərlərimizi çəkəndə olanları düşünün. Hamı “bu, qorxuncdur” dedi. Türkiyə öz işini özü həll edə bilər. Prezident Rəcəb Tayyib Ərdoğan ilə çox yaxşı münasibətlərimiz var” , - deyə D. Tramp bildirib.

O, hər kəsin ABŞ Suriyadan çıxsa, fəlakət olacaq dediyini, amma heç bir şey olmadığını vurğulayıb.

Pərvanə