Çində mədəndə partlayışlar baş verib

20 Avqust 2020 20:07 (UTC+04:00)

Çinin Şandun vilayətinin kömür mədənlərinin birində silsilə partlayışlar baş verib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Məlumata görə, yaralananlardan birinin vəziyyəti ağırdır.

Bildirilib ki, partlayışlar yerli vaxtla saat 06:55-də olub. Hadisə zamanı yer altında 19 mədənçi olub.