“Öcalan azadlığa buraxılsın“ - Aksiya

3 İyun 2013 12:30 (UTC+04:00)
Türkiyədə PKK terror təşkilatının siyasi dəstəkçisi olan Sülh və Demokratiya Partiyası (BDP) aksiyaya başlayıb.

Mardin vilayəti Nusaybin rayonundan yürüşə başlayan aksiyaçı qrup Bagok dağının zirvəsindəki Dağiçi kəndinə doğru hərəkət ediblər.

Bura çadırquraraq tonqallar yandıran və böyük qazanlarda yemək bişirən qrup daha sonra kerdcə mahnılar oxuyaraq yallı gediblər.

Qeyd edək ki, yürüş vaxtı əllərində PKK bayraqları ilə Abdullah Öcalanın şəkillərini tutan aksiyaçı qrup terror təşkilatı və terrorçu liderə dəstək şüarları səsləndiriblər.

Partiya adına çıxış edən BDP Mardin təşkilatının sədri Reşat Kaymaz Abdullah Öcalan azadlığa buraxılana qədər aksiyaların davam edəcəyini bildirib.//anspress//

AzNews.az