Musiqi koronavirusla mübarizəyə kömək edir?

20 Avqust 2020 21:50 (UTC+04:00)

Musiqinin müalicəvi xüsusiyyətləri indi də koronavirusla mübarizədə kəşf edilib.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu qənaətə ABŞ-ın Dreksel və Templ universitetlərinin alimləri gəliblər.

Məlumata görə, musiqi dinləmək ağciyərlərin süni tənəffüsü cihazına qoşulan pasiyentlərə tövsiyə olunub.

Bildirilib ki, alimlər ağır vəziyyətdə olan 800-dən çox xəstə üzərində araşdırma aparıblar. Pasiyentlərin hamısı keçirilən koronavirusdan dolayı depressiya və stress vəziyyətində olublar. Onların əksəriyyəti nə rahat nəfəs ala, nə də gəzə bilirdi.

Məlum olub ki, yarım saat musiqi dinləmək onlarda həyəcan, təzyiq və tənəffüs tezliyini azaldıb. Pasiyentin özünün tərtib etdiyi pley-list isə daha böyük effekt verib.