Zoom toplantısında intim əlaqə - Kamera yaddan çıxıb

21 Avqust 2020 12:30 (UTC+04:00)

Epidemiya zamanı universitet tələbələrinə pulsuz yemək verilməsini müzakirə etmək üçün şəhər məclisi Zoom tətbiqetməsində yığıncaq keçirib. İştirakçılardan biri bir müddət sonra görüşü tərk etdi. Ancaq kameranı söndürməyi unutan iştirakçı, toplantıya qatıldığı otaqda sevgilisi ilə münasibət qurub.

AzNews.az Türk mətbuatına istinadən xəbər verir ki, hadisə Braziliyada baş verib.

Məclis üzvləri cütlüyün hərəkətlərinə fikir verməyərək, toplantıya davam edib. Yığıncağa sədrlik edən Sosializm və Azadlıq Partiyasından Leonel Brizola, "Cinsi əlaqədə olduqlarını gördük, amma gündəmdəki vacib mövzunu müzakirə etməyə davam etdik. Tələbələrin problemini həll etmək daha vacibdir”, - deyə açıqlama verib.

Braziliyanın "Globo" qəzeti, iclas davam edərkən kamera qarşısında cinsi əlaqədə olan şəxsin şəhər məclisinin üzvü olmadığını yazıb. Bu şəxsin adı, vəzifəsi haqda məlumat verilməyib.

Səidə Vahid

AzNews.az