TƏBİB: "Artımlar gözləniləndir"

21 Avqust 2020 17:48 (UTC+04:00)

“Müşahidə edirsiniz ki, yumşalmalara gedəndə bəlli artmalar gözləniləndir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu, heç də o demək deyil ki, qaydalara riayət etməməliyik: “Hər bir vətəndaş qaydalara əməl etməlidir”. (APA)

AzNews.az