“Koronavirusdan daha çox artıq çəkili insanlar ölüb”

21 Avqust 2020 20:23 (UTC+04:00)

“Diabeti olan insanların böyrəyi və ürəyi zədəli olur”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib. O bildirib ki, artıq çəkili və diabeti olan insanlarda koronavirus xəstəliyi tənəffüs çatışmazlığına gətirib çıxarır və ölümə səbəb olur:

“Diabeti olan insanların böyrəyi və ürəyi zədəli olur. Amma daha çox ağciyər çatışmazlığından əziyyət çəkən xəstələrimizi itiririk”.