Bu küçədə hərəkət məhdudlaşdırılacaq

21 Avqust 2020 22:03 (UTC+04:00)

Nərimanov rayonu Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinədək olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə AzNews.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.