İctimai nəqliyyat 2 gün işləməyəcək

22 Avqust 2020 09:01 (UTC+04:00)

Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq edilir.

AzNews.az-ın məlumatına görə, ictimai nəqliyyatın hərəkəti 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək dayandırılıb.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.