Navalnı təyyarə ilə Almaniyaya aparıldı

22 Avqust 2020 10:27 (UTC+04:00)

Müxalifət lideri Aleksey Navalnının olduğu təyyarə Omskdən Berlinə uçub.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 08:00-da (Moskva vaxtı ilə 05:00) Omsk hava limanından havaya qalxıb.

“FlightRadar”a görə, “Bombardier Challenger 604” təyyarəsi Omskdan Schoenefeld hava limanına uçur.

Qeyd edək ki, Navalnı müalicə üçün Berlindəki “Charite” klinikasına yerləşdiriləcək.