Göyçayda ana ölümü qeydə alınıb

3 İyun 2013 13:17 (UTC+04:00)
Göyçayda ana ölümü ilə nəticələnən daha bir hadisə qeydə alınıb. AzNews.az-a rayondan verilən xəbərə görə, Cəlil Məmmədquluzadə küçəsində yaşayan 38 yaşlı Aynur Əsəsdova Göyçay rayon Mərkəzi Xəstəxanasında keçinib.

Məlumata görə, təqribən 10 gün əvvəl qadın üçüncü övladını dünyaya gətirib. Üçüncü dəfə keyser əməliyyatı olunan ana dünən dünyasını dəyişib.
Faktla bağlı baş həkimin müavini Ləman Hacıyeva AzNews.az-a açıqlamasında bildirib ki, əməliyyat 10-15 gün əvvəl həyata keçirilib. Qadının ölümünü əməliyyata dəxli olmayan səbəblərlə əlaqələndirən müavinin sözlərinə görə, 38 yaşlı ana hipertoniyadan əziyyət çəkirmiş:

"Aynur Əsədovanın ölümünə yüksək təzyiq nəticəsində beynə qansızma və ağır dərəcəli koma səbəb olub. Bir həftə süni nəfəs aparatında qalan qadının dünən saat 16.30-da beyin ölümü gerçəkləşib".

Ruhiyyə
Aznews.az