Rusiyanın Müdafiə naziri Azərbaycana gəlir

23 Avqust 2020 14:43 (UTC+04:00)

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Rusiyadakı hərbi mənbələrdən verilən məlumata görə, Rusiya Müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək.

Rusiya Müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.