Timoşenko koronavirusa yoluxdu, vəziyyəti ağırdır

23 Avqust 2020 18:11 (UTC+04:00)

Ukraynanın “Batkivşina” partiyası və parlament fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa yoluxub.

AzNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Marina Soroka bildirib:

“Təəssüf ki, bu, doğrudur. Test Yuliya Vladimirovnanın Covid-19-a yoluxduğunu göstərdi. Vəziyyəti ağırdır. Hərarəti 39 dərəcəyə yüksəlib. Mübarizə aparır”.